Bank Of Baku

Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib

Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib
# 08 sentyabr 2026 15:57 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə Ağdaş rayonunda “Əməyin mühafizəsi, texniki təhlükəsizlik, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması” mövzusunda “dəyirmi masa” keçirilib.

APA-nın Şirvan bürosu xəbər verir ki, tədbirdə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Xidmətin tabeliyində fəaliyyət göstərən “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsin, Ağdaş Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, sahibkarlıq subyektlərinin nümayəndələri, eləcə də SƏTƏMM üzrə mütəxəssislər iştirak ediblər.

“Dəyirmi masa”da Ağdaş rayonunda fəaliyyət göstərən sahibkarların texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində qarşılaşdıqları problemlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, fövqəladə hallara hazırlıq və risklərin idarə olunması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin yaradılması, texniki təhlükəsizlik tələblərinə riayət olunması, istehsalat və xidmət sahələrində risklərin idarə edilməsi, fövqəladə hallara hazırlıq, yanğın təhlükəsizliyi və ilkin davranış qaydaları barədə məlumat verilib.

Həmçinin, AZS ISO 45001:2021 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” dövlət standartının müəssisələrdə tətbiqi, “Vision Zero” modelinin təşviqi, sahibkarların qanunvericilikdən irəli gələn öhdəlikləri və preventiv tədbirlərin gücləndirilməsi məsələləri diqqətə çatdırılıb.

Görüş çərçivəsində sahibkarların sualları cavablandırılıb, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sahəsində mövcud problemlərin qarşısının alınması istiqamətində fikir və təkliflər dinlənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR