Bank Of Baku

Ağdərə sakini: 33 il ərzində 20-dən çox yerdə yaşadıq, bu gün doğma öz torpağımıza qayıdırıq

Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Nəcəf Cəfərov

© APA | Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Nəcəf Cəfərov

# 22 sentyabr 2026 07:27 (UTC +04:00)

“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu gün doğma yurdumuza, öz torpağımıza qayıdırıq. Allah Prezidentimizin canını sağ eləsin, bizə bu günü yaşatdı”.

Bunu APA-ya açıqlamasında Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Nəcəf Cəfərov deyib.

“33 il ərzində o qədər yer dəyişdik ki, 20-dən çox yerdə yaşadıq. Qaçqınçılıq elə bir həyatdır ki, bunu yalnız qaçqın olanlar bilir. Bu, çox ağır həyatdır. Prezidentimiz bizi bu əziyyətdən, bu qaçqınçılıq həyatından azad etdi”, – o bildirib.

N.Cəfərov doğma kəndinə ailəsi ilə birlikdə qayıtdığını qeyd edib:

“Mən həyat yoldaşımla qayıdıram. Oğlum və nəvəm də öz maşınları ilə gələcəklər. Dövlət tərəfindən bizim üçün avtobuslar ayrılıb, bizi kəndimizə aparacaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR