“Cari ildə 1 122 müraciət üzrə kvalifikasiyalar tanınmayıb”.
APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O bildirib ki, il ərzində xarici kvalifikasiyların tanınması ilə bağlı 6 013 müraciət üzrə ekspertiza keçirilib, 4 891 müraciət üzrə müsbət rəy verilib, kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib:
“Digər 1 122 müraciət üzrə mənfi rəy verilib, tanınmayıb. Ümumilikdə, cari ildə orta statistik olaraq kvalifikasiyaların 81 faizi tanınıb”.
"Müraciətlər ən çox Rusiya Federasiyası, Türkiyə Respublikası, Ukrayna, Gürcüstan və Birləşmiş Krallıqdan olan kvalifikasiyalar üzrə qeydiyyata alınıb".