Yardımlı və Beyləqan rayonlarına prokurorlar təyin edilib.
APA xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Elşad Əzimov Beyləqan, Fəxri Məmmədov Yardımlı rayonuna prokuror təyin olunub.
***
15.43
Ağstafa rayonuna prokuror təyin edilib.
APA xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Anar Cəfərov 2-ci səlahiyyət müddətinə Ağstafa rayon prokuroru vəzifəsinə təyin olunub.