Bank Of Baku

ANAMA süni intellektin minatəmizləmədə tətbiqi ilə bağlı araşdırma aparır

ANAMA sədri Vüqar Süleymanov

© APA | ANAMA sədri Vüqar Süleymanov

# 17 iyul 2026 11:15 (UTC +04:00)

"Yeni avadanlıqlar, yeni cihazların və süni intellektin minatəmizləmə sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparırıq”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.

ANAMA sədri bildirib ki, istənilən yeniliyi qəbul etməyə hazırdırlar: “Minatəmizləmə fəaliyyəti bir neçə mərhələdən ibarətdir. Bütün innovasiyalar tədqiqat mərhələsinə aiddir. Təmizləmə mərhələsində bütün dünyada olduğu kimi, bizdə də ənənəvi üsullardan istifadə olunur. Əsas üsul əllə minatəmizləmə, maşınlardan və heyvanlardan, əsasən itlərdən istifadə edərək təmizləmədir. Hələlik təəssüflər olsun ki, dünyanın heç bir yerində təmizləmə sahəsində texnoloji baxımdan sıçrayış yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR