Bank Of Baku

Anım Günü ilə əlaqədar ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət edib

Anım Günü ilə əlaqədar ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət edib
# 27 sentyabr 2026 17:33 (UTC +04:00)

27 Sentyabr – Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, abidənin önünə gül dəstələri düzülüb və qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 Sentyabr – Anım Günü kimi qeyd edilir. Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.

Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR