Arbitraj icraatı cavabdeh tərəfindən arbitraj bildirişinin alındığı gündən başlanmış hesab ediləcək.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, arbitraj icraatının bağlanılması niyyətində olan tərəf (iddiaçı) və ya tərəflər (iddiaçılar) digər tərəfə (cavabdehə) və ya tərəflərə (cavabdehlərə) arbitraj haqqında bildiriş göndərməlidir.
Arbitraj bildirişində aşağıdakılar qeyd edilir:
- tərəflərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və əlaqə məlumatları;
- istinad edilən arbitraj sazişi;
- haqqınsa mübahisənin yarandığı müqavilə və ya digər hüquqi sənəd və ya belə müqavilə və ya digər hüquqi sənəd olmadıqda mübahisənin qısa təsviri;
- mübahisənin arbitraj məhkəməsinə verilməsi tələbi;
- iddianın predmeti;
- İddiaçının iddia tələbləri və ya tələb olunan məbləğin miqdarı (olduğu halda);
-. tərəflər bu barədə əvvəlcədən razılığa gəlməmişlərsə, arbitlərin sayı, arbitraj icraatının aparıldığı dil və arbitrajın yeri haqqınsa təklif. Arbitraj bildirişində yuxarıda göstərilənlərlə yanaşı arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə olunması, arbitr və ya arbitrların təyin edilməsi barədə təklif də göstərilə bilər.
Arbitraj bildirişinin məzmununa dair bu Qanunda qeyd edilən tələblərə əməl olunmaması mübahisənin arbitraj məhkəməsində baxılmasına mane ola bilməz.
Tərəflər arbitraj bildirişi ilə bağlı fərqli qaydalar və ya tələblər müəyyənləşdirə bilərlər.
Layihəyə görə, cavabdeh arbitraj bildirişini aldığı gündən 30 (otuz) gün ərzində iddiaçıya
arbitraj bildirişinə cavab göndərə bilər.
Arbitraj bildirişinə cavabda aşağıdakılar qeyd edilməlidir:
- cavabdehin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və əlaqə məlumatları;
- bu Qanunun maddələrinə uyğun olaraq arbitraj bildirişində qeyd olunan məlumatlara cavab.
Arbitraj bildirişinə cavabda həmçinin aşağıdakılar da qeyd edilə bilər:
- bu Qanuna uyğun olaraq, yaradılacaq arbitraj məhkəməsinin səlahiyyətli olmadığı barədə iddia;
- arbitraj icraatının daimi arbitraj təşkilatı tərəfindən idarə olunması, arbitr və
ya arbitrlərin təyin edilməsi barədə təklif;
- qarşılıqlı iddiaların və ya əks iddialarım qısa təsviri, qarşılıqlı və ya əks iddianın tələbləri və ya tələb olunan məbləğin miqdarı (olduğu halda)
- cavabdeh iddiaçıdan başqa digər şəxsə qarşı iddia irəli sürdüyü halda, bu Qanuna uyğun olaraq arbitraj bildirişi.
Arbitraj bildirişinə cavabın məzmununa dair bu Qanunun tələblərinə əməl olunmaması, həmçinin, cavabdehin arbitraj bildirişinə cavab verməməsi və ya natamam, yaxud gec cavab verməsi mübahisənin arbitraj məhkəməsində baxılmasına mane ola bilməz.
Tərəflər arbitraj bildirişinə cavabla bağlı fərqli qaydalar və tələblər müəyyənləşdirə bilər.
Layihəyə əsasən, bu Qanunun tərəfləri ayrı qayda müəyyənləşdirmək hüququna malik olduqları hər hansı tələbin yerinə yetirilmədiyini bilən tərəf etiraz etmədən arbitraj icraatında iştirak etməyə davam etdikdə və etiraz edilməsi üçün müəyyən edilən müddət ərzində və ya bu cür müddət müəyyən edilmədikdə ağlabatan müddət ərzində öz etirazını bildirmədikdə, etiraz etmək hüququndan imtina etmiş sayılacaq.
Məhkəmə müdaxiləsinin hüdudları bu qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, bu qanunla tənzimlənən məsələlərə məhkəmə müdaxiləsinə yol verilməyəcək.