Bank Of Baku

Azad olunmuş ərazilərə köçürülənlərin sayı açıqlanıb

Azad olunmuş ərazilərə köçürülənlərin sayı açıqlanıb
# 16 dekabr 2024 12:02 (UTC +04:00)

Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.


APA-nın xəbərinə görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.

“2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə toplam 22 mlrd. manata yaxın vəsait, o cümlədən 2025-ci ildə 4 mlrd. manat ayrılıb).


Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə köçürülməsi prosesi uğurla həyata keçirilir. Bugünədək 2417 ailə 9306 nəfər azad olunmuş ərazilərə köçürülüb”, - deyə Baş nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR