Bank Of Baku

Azərbaycanın İrandakı səfirliyi hazırda İranda olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb

Azərbaycanın İrandakı səfirliyi hazırda İranda olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb
# 23 sentyabr 2026 02:54 (UTC +04:00)

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyi hazırda İranda olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb.

APA xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında planlaşdırılan sərnişin aviareyslərinin ləğvi ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının diqqətinə!

Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş, lakin reyslərin ləğvi səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşlarından Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə və ya Təbriz şəhərindəki Baş Konsulluğuna müraciət edərək Azərbaycan-İran arasında fəaliyyət göstərən quru sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə qayıtmaları ilə bağlı yardım almaları xahiş olunur.

İran aviaşirkətlərindən Azərbaycana bilet almış Azərbaycan vətəndaşlarına biletin pulunu geri almaq üçün həmin aviaşirkətlərin satış ofislərinə müraciət etmələri tövsiyə olunur.

Əlavə məlumat və yardım üçün:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin qaynar xətləri:
+989018845531
+989055230107
+982122596303

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətləri:
+989144721410
+984133334802”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR