Azərbaycanla Türkiyə arasında hüquqi əməkdaşlığa dair memorandum imzalanıb - FOTO

Kamran Əliyev və Türkiyə Ali Məhkəməsinin Baş prokuroru hüquqi əməkdaşlığa dair memorandum imzalayıblar

© APA | Kamran Əliyev və Türkiyə Ali Məhkəməsinin Baş prokuroru hüquqi əməkdaşlığa dair memorandum imzalayıblar

# 31 may 2021 11:07 (UTC +04:00)

Azərbaycan Baş Prokurorluğu ilə Türkiyənin Ali Məhkəməsinin Baş prokurorluğu arasında anlaşma memorandumu imzalanıb.

APA xəbər verir ki, memorandumun imzalanması Azərbaycan Baş Prokurorluğunda Baş prokuror Kamran Əliyevlə Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin arasında keçirilən görüşdə baş tutub. Memorandum iki ölkə arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə imzalanıb.

Mərasimdə ölkələr arasında beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli sahələrdə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Baş Prokuror Kamran Əliyev bildirib ki, iki ölkə arasında ekstradisiya və hüquqi yardım məsələlərində bu günə qədər heç bir problem olmayıb. İmzalanan memoranduma əsasən bu prosedurlar daha da sadələşdiriləcək.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında bu mövzuda məsələlər qarşılıqlı şəkildə tənzimlənib:

“Bu yalnız indiki dövrdə deyil, hər zaman belə olub. İki ölkə arasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə bütün hüquq-mühafizə orqanları ilə qarşılıqlı, səmərəli əlaqələrimiz var. Bu gündən etibarən isə bu əlaqələr, əməkdaşlıqlar daha da sadələşdiriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR