Bank Of Baku

Azərbaycanla Türkiyə arasında sosial müdafiə sahəsində əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycanla Türkiyə arasında sosial müdafiə sahəsində əlaqələrin inkişafı müzakirə olunub
# 05 oktyabr 2026 15:25 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Adnan Ertemin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin qardaşlıq və strateji müttəfiqlik səviyyəsində olduğunu bildirib. Ölkələrimiz arasında digər sahələrdə olduğu kimi əmək və sosial müdafiə sahəsində əməkdaşlığın da daim inkişaf etdiyini və getdikcə genişlənməkdə olduğunu qeyd edib. Prezident İlham Əliyevin tapşırıqları əsasında son illər ölkəmizdə aparılan sosial islahatların nailiyyətləri barədə məlumat verən nazir bu islahatlar prosesində Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

İki nazirlik arasında Birgə Daimi Komissiya tərəfindən əmək və sosial müdafiə sahəsində əməkdaşlığın inkişafı üçün aparılan məqsədyönlü işlərin əhəmiyyəti diqqətə çatdırılıb. Müntəzəm təmasların və qarşılıqlı səfərlərin əlaqələrin dərinləşməsinə mühüm töhfə verdiyi bildirilib. Adnan Ertem əməkdaşlığın daim inkişaf etməsinin və genişlənməsinin məmnunluq doğurduğunu, təcrübə mübadilələrinin aparılmasının önəmini qeyd edib.

Görüşdə iki nazirlik arasında əməkdaşlıq gündəliyi, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR