Bank Of Baku

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
# 11 sentyabr 2026 11:44 (UTC +04:00)
0:00 / 0:00
80%

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə də sentyabrın 8-də bu ayın pensiya ödənişi həyata keçirilib.

Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR