Bank Of Baku

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Bakı və Sumqayıtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
# 21 avqust 2026 08:06 (UTC +04:00)

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 21-də paytaxtın Yasamal və Nərimanov rayonlarında bir neçə Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.

Bu barədə "APA-Economics" "Azərişıq"a istinadən xəbər verir.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İzmir, Nəriman Nərimanov və Mətbuat küçələrinin bir sıra hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Vladimir Mayakovski, İsmayıl Hidayətzadə küçələrinin bəzi yerlərində, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yerləşdiyi ərazidə saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Həmçinin Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10/6 kV-luq "Nübar" yarımstansiyasında 10/6 kV-luq elektrik yuvalarında təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR