Bank Of Baku

Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO

Bakıda ağacəkmə aksiyası keçirilib - FOTO
# 19 oktyabr 2024 14:36 (UTC +04:00)

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərancamının icrası ilə əlaqədar oktyabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxtın Pirallahı qəsəbəsində yol kənarında ağacəkmə aksiyası keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, paytaxtda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlərə töhfə olaraq Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi işləri aparılır.
Bu gün keçirilən aksiya çərçivəsində icra qurumlarının əməkdaşları tərəfindən iqlim şəraitinə uyğun olaraq seçilmiş Eldar şamları əkilib.
Qeyd edilib ki, aksiya Bakı şəhərinin bütün rayonlarında keçirilir və mövsüm ərzində paytaxtda yeni ağac, kol və güllərin əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR