Bank Of Baku

Bakıda maşın yolda qalıb, sıxlıq əmələ gəlib - FOTO

Bakıda maşın yolda qalıb, sıxlıq əmələ gəlib - FOTO
# 13 aprel 2025 14:57 (UTC +04:00)

Yol-nəqliyyat hadisəsinin baş verməsi və texniki nasaz avtomobilin yolda qalması nəqliyyat sıxlığına səbəb olub.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında isə texniki nasaz avtomobil yolda qalıb. Qeyd edilən səbəblərdən mərkəz və metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR