Bank Of Baku

Bakının bəzi küçələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq

Bakının bəzi küçələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq
# 22 sentyabr 2026 22:29 (UTC +04:00)

Sentyabrın 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

APA xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR