Baş nazir: Tibb xidmətləri zərfi genişləndiriləcək

Baş nazir: Tibb xidmətləri zərfi genişləndiriləcək
# 14 mart 2025 11:24 (UTC +04:00)

Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılıb, artım 8,2% olub.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.

“Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir” - - deyə Baş nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR