Bank Of Baku

BƏƏ-dən olan səyyah: Qarabağda görülən işlər möhtəşəmdir

Birləşmiş Ərəb Əmirliklərindən olan səyyah Ceyd Makkeyb

© APA | Birləşmiş Ərəb Əmirliklərindən olan səyyah Ceyd Makkeyb

# 09 oktyabr 2026 17:10 (UTC +04:00)

Dünyanın müxtəlif yerlərindən olan insanlar Qarabağı görə bilsəydilər, çox yaxşı olardı. Onlar buranın necə gözəl olduğunu anlayardılar. Burada aparılan işlər, olan dəyişiklik həqiqətən heyrətamizdir.

APA xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərindən olan səyyah Ceyd Makkeyb Qarabağa səfər çərçivəsində bildirib:

"Görürəm ki, hökumət vətəndaşlar üçün evlər tikir, bərpa edir, eyni zamanda, turizmin inkişafına da diqqət yetirilir. Məncə, görülən işlər həqiqətən çox möhtəşəmdir. İndiyədək olduğumuz bütün yerləri gördükdən sonra deyə bilərəm ki, burada görülən işlərin miqyası çox böyükdür. Burada gördüklərim məni sözün əsl mənasında valeh edir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR