Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bərdə ofisində məlumat sessiyası keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə BQXK-nın mandatı və fəaliyyət istiqamətləri, 2020-ci ildə həyata keçirdiyi layihələr haqqında məlumatlar təqdim olunub.
BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib ki, tədbirin məqsədi bölgədə fəaliyyət göstərən media nümayəndələrinə beynəlxalq humanitar hüququn bazası, əsas prinsipləri haqqında, BQXK-nin Bərdə ofisinin gördüyü işlər, münaqişənin təsir etdiyi ərazilərdə qurumun fəaliyyəti barədə məlumat verməkdir.
Tədbirdə BQXK-nin bölgədə gördüyü işlər, eləcə də pandemiya dövründə qurumun bölgədəki fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb.
BQXK-nin təhlükəsiz davranış üzə mütəxəssisləri media nümayəndələrinə tövsiyələrini açıqlayıblar.