Suriya və İraqda saxlanma yerlərində və düşərgələrdə Azərbaycan vətəndaşları var.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2021-ci il fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd olunub ki, həmin şəxslərə BQXK-nın nümayəndələri baş çəkir: "Saxlama şəraiti ilə tanış olunur, ailələri ilə əlaqə saxlamağa imkanlar yaradılır. Saxlanılanlar əsasən kişilərdir, lakin qadın və uşaqlar da var".