Bank Of Baku

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib

Bu il 1100-dən çox kişiyə ödənişli atalıq məzuniyyəti verilib
# 08 sentyabr 2026 14:07 (UTC +04:00)

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişiklikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyət verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Qeyd olunub ki, bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir. Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR