Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reabilitasiya müəssisələrində bu ilin yanvar-sentyabr aylarında 37613 uşağa xidmətlər göstərilib.
ƏƏSMN-dən APA-ya verilən məlumata əsasən, onlardan əlilliyi olan 1746 uşaq stasionar, 22457 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Bu kateqoriyaya aid uşaqlar Agentliyin Bakıda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.