Bank Of Baku

Deputat "Azəriqaz" sözünə etiraz edib

Səyyad Aran, Milli Məclisin deputatı

© APA | Səyyad Aran, Milli Məclisin deputatı

# 23 yanvar 2026 10:30 (UTC +04:00)

“Azəri” sözünün bizə dəxli yoxdur.

APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran deyib.

“Dilin televiziyada pis günə salınması əsas məsələlərdəndir. Aparıcıların dilə biganə, laqeyid münasibəti insanı hiddətləndirir. Bundan başqa, bizim bütün qurumlarımız belə adlanır: “Azərxalça”, “Azərsu” “Azərışıq” və s. Bəs “Azəriqaz” niyə? Hansı ağıllı bu sözü yazıb? “Azəri”sözünün bizə dəxli yoxdu. Tarix və həyat paradokslar yaradır. Bunu siz hansı ağılla “Azəriqaz” adlandırmısınız? Türklər bizə deyirlər ki, “azəri kardeşlerimiz”. Mən konsulluqda işləyəndə dəfələrlə deyirdim ki, bizə belə deməyin. “Azəri” sözünün bizə aidiyyəti yoxdur. O, İranda yaşayan etnik azlıqdır. “Azəriqaz”ın qanuni adı düzəldilməlidir”, - deyə deputat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR