DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur
# 20 iyun 2025 13:55 (UTC +04:00)

İyunun 20-21 tarixlərində Bakıda keçirilən “Qaydasız döyüş” (UFC) turnirində təhlükəsizlik polis əməkdaşları tərəfindən təmin olunur.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, tədbirin keçirildiyi arenaya gələn azarkeşlər—iştirakçılar yoxlanılmaqla qadağan olunan əşyaların keçirilməsinə icazə verilmir:

"Qadağan olunmuş əşyaların siyahısı barədə tədbirin keçiriləcəyi məkanda məlumat lövhələri quraşdırılıb. Turnir zamanı şüşə və metal qablar, kəsici-deşici alətlər, dəyənəklər, fişənglər və partlayıcı maddələr, səsgücləndirici qurğular arenaya buraxılmır. Turnirin təhlükəsiz və uğurlu keçirilməsi üçün zəruri tədbirlər diqqətdə saxlanılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR