Bank Of Baku

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər - VİDEO

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri Milli Musiqi Günü ilə əlaqədar fləşmob keçiriblər - VİDEO
# 18 sentyabr 2026 12:43 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin üzvləri 18 Sentyabr – Milli Musiqi Günü ilə əlaqədar Bakı Dəmiryol Vağzalında fləşmob keçiriblər.

Mərkəzdən APA-ya verilən məlumata görə, görmə məhdudiyyətli gənclər dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasından musiqi parçası təqdim ediblər.

İfaçılar – Prezident mükafatçısı Səməd Novruzov və Xaliq Şərifovu kamançada Prezident mükafatçısı Fatimə İsrafilova, tarda Fərid Abdullayev, nağarada Xətai Azayev müşayiət edib.

İnklüzivliyi və milli musiqimizin zənginliyini tərənnüm edən bu təşəbbüs sərnişinlərin marağına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR