Bank Of Baku

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
# 21 noyabr 2026 17:56 (UTC +04:00)

Vətən müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq sağlamlığını itirən daha bir qəhrəmanımız Samir Məmmədov müharibədə aldığı xəsarətlər nəticəsində hərəkət məhdudiyyətinin olmasına baxmayaraq, əzmi və iradəsi ilə aktiv həyata doğru addım atmağı bacarıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin olunan qazimiz əlilliyini geridə qoyaraq əmək qabiliyyətini də bərpa edib.

Hazırda restoran meneceri vəzifəsində çalışan S.Məmmədov keçdiyi uğur yolunu belə xatırlayır: " Bura gələnə qədər mənim bir müharibə yolum olub və hətta inanmayacaqsınız, mənim əlilliyim də olub"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR