Paşha Bank
Bank Of Baku

Əhliman Əmiraslanov: Ürək transplantasiyasının da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var

Əhliman Əmiraslanov: Ürək transplantasiyasının da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var
# 06 noyabr 2026 12:23 (UTC +04:00)

Ürək transplantasiyasının da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, son illərdə ürək transplantasiyası əməliyyatlarının həyata keçirilməsinə başlanılıb: “Bu əməliyyatlar Qafqazda ilk dəfə olaraq ölkəmizdə uğurla həyata keçirilir. Onlar son dərəcə böyük maliyyə tutumuna malikdir və növbəti ildən bu əməliyyatların da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR