“Məktəblərdə psixoloqlarla bağlı təhlillər aparırıq. Böyük məktəblərdə bir psixoloq azdır, bu səbəbdən ”Məktəblinin dostu”nda psixoloq xidmətindən istifadə edilir. “Psixoloji xidmət haqqında” qaydalar da qəbul olunub”.
APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.
O deyib ki, pandemiya bu sahədə planlaşdırılan işləri həyata keçirməyə əngəl olur: “Əsasən bullinq, şagird-məktəb münasibətləri, qısnama və s. kimi halları daha çox müzakirə etməliyik”.