Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində və Azərbaycana səfəri zamanı Ermənistanın mina xəritələrini verməməsilə bağlı məsələni gündəmə gətirəcəyini bildirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
R.T.Ərdoğn bu problemin həllinin tapılması üçün Türkiyənin müvafiq dəstək verəcəyini də vurğulayıb.