Bank Of Baku

FHN Qəbələ–Xankəndi ultramarafonunda təhlükəsizlik tədbirləri görüb - FOTOLENT

FHN Qəbələ–Xankəndi ultramarafonunda təhlükəsizlik tədbirləri görüb - FOTOLENT
# 11 oktyabr 2026 18:10 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ–Xankəndi ultramarafonu zamanı təhlükəsizlik tədbirləri həyata keçirib.

APA nazirliyə istinadən xəbər verir ki, oktyabrın 7–11-də Qəbələ–Xankəndi istiqamətində 192 kilometr məsafəni əhatə edən ultramarafon keçirilib.

Tədbir müddətində iştirakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə marşrut boyunca FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Dövlət Yanğın Nəzarəti Xidmətinin şəxsi heyəti və texnikası cəlb olunub.

Bildirilib ki, ultramarafon müddətində hər hansı fövqəladə hadisə qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR