Bank Of Baku

FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib

FHN Sumqayıtda əlilliyi olanlara xidmət göstərənlər üçün tədbir keçirib
# 13 noyabr 2026 10:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Paralimpiya İdman Kompleksində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin və Sumqayıt Paralimpiya İdman Kompleksinin əməkdaşları iştirak ediblər.

Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR