Fyodor Bondarçuk İrandan Azərbaycana keçidin təmin edilməsində yardıma görə Prezident İlham Əliyevə təşəkkür edib

Fyodr Bondarçuk

© APA | Fyodr Bondarçuk

# 14 iyun 2025 12:08 (UTC +04:00)

“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

APA xəbər verir ki, bunu Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın xalq artisti, rejissor Fyodor Bondarçuk deyib.

O bildirib ki, bu prosesdə Rusiyanın İrandakı Səfirliyinin əməkdaşları da kömək edib: “Onlar bizi sərhədə qədər müşayiət etdi. Rusiyanın Mədəniyyət Nazirliyi, “Национальная Медиа Группа”nın əməkdaşları da dəstəyini əsirgəmədi. Qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır. Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR