Bank Of Baku

“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - FOTO - VİDEO

“Gəl dost olaq”: “OBA” uşaqların sevincinə dəstək oldu - FOTO  - VİDEO
# 06 avqust 2026 19:07 (UTC +04:00)

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” adlı silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində cəmiyyətə fayda verən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.

Bu çərçivədə “OBA” Beynəlxalq Dostluq Gününə həsr olunan, “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gəl dost olaq” Çərpələng Festivalına dəstək göstərib.

Nabranda dəniz sahilində təşkil olunan festival uşaqları, gəncləri və ailələri bir araya gətirərək dostluq, həmrəylik, yaradıcılıq və ekoloji məsuliyyət dəyərlərinin təşviqinə xidmət edib.

Tədbirdə sığınacaqda yaşayan uşaqlar, şəhid və qazi ailələrinin övladları, həssas sosial qruplardan olan uşaqlar, könüllülər və region sakinləri iştirak ediblər.

Festival zamanı “OBA” tərəfindən uşaqlara şirniyyatlar, “Trend” məhsulları və “Hər gün” dondurmaları təqdim olunub, eyni zamanda onlar üçün maraqlı və hədiyyəli yarışlar təşkil edilib. Festival boyunca “OBA”nın Surəti və OBİ obrazları da uşaqları əyləndirərək tədbirə xüsusi rəng qatıblar.

Eləcə də festival çərçivəsində “OBA”nın 10 illiyinə özəl olaraq hazırlanan, üzərində “10 ilin qonşusuyuq” və “Yaşılı sev, çevrəni qoru” mesajları əks olunan yaşıl çərpələnglər səmaya qaldırılıb.

Festival proqramına çərpələnglərin uçurulması, yaradıcılıq və idman oyunları, ekoloji fəaliyyətlər, maarifləndirici guşələr, eləcə də müxtəlif əyləncə proqramları daxil olub. Tədbir iştirakçılara həm əyləncəli, həm də öyrədici təcrübə qazandırıb.

“Gəl dost olaq” Çərpələng Festivalına göstərilən dəstək uşaqların və gənclərin inkişafına, sosial həmrəyliyin gücləndirilməsinə, yaradıcılığın və ekoloji dəyərlərin təşviqinə verilən töhfənin bir hissəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR