Gələn il diaspor fəaliyyətinə ayrılacaq vəsait məlum olub

Gələn il diaspor fəaliyyətinə ayrılacaq vəsait məlum olub
# 05 noyabr 2021 17:04 (UTC +04:00)

2022-ci ilin dövlət büdcəsində Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlərin, layihələrin və Komitənin tabeliyində olan Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyələşdirilməsi üçün 6.3 milyon manat vəsait nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin tarixi və mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, digər xalqların diasporları və lobbi quruculuğu ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 6.3 milyon manat məbləğində vəsait xərclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR