Bank Of Baku

Hidayət Abdullayev: Son 7 ildə beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib

Hidayət Abdullayev: Son 7 ildə beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib
# 02 sentyabr 2026 15:35 (UTC +04:00)

Son yeddi il ərzində beş sosial islahat paketi 4 milyon vətəndaşa fayda verib.

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.

“Bu islahatlar mina qurbanları və onların ailələri də daxil olmaqla sosial müdafiə sistemini əhəmiyyətli dərəcədə gücləndirib. Dövlət həmçinin mənzil, mobillik və təhsil sahələrində genişmiqyaslı dəstək göstərib.

Əlilliyi olan şəxslərə, o cümlədən müvafiq kateqoriyalara aid şəxslərə 16 mindən çox mənzil təqdim edilib. Onlardan 7 300-ü Vətən müharibəsindən sonra verilib. Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan 7 700 şəxs dövlət hesabına avtomobillə təmin olunub”,- Hidayət Abdullayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan müasir və əlçatan reabilitasiya sisteminin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Protez-ortopedik istehsal və reabilitasiya mərkəzləri ilə birlikdə 15 reabilitasiya müəssisəsi stasionar, ambulator, icma əsaslı, səyyar və onlayn xidmətlər vasitəsilə tibbi, sosial və psixoloji reabilitasiya həyata keçirir.

“Vətən müharibəsinin başa çatmasından sonra müharibə ilə əlaqədar əlilliyi olan 3 800-dən çox şəxs reabilitasiya və psixoloji dəstək alıb. 2 500-dən çox şəxsə 100 mindən çox reabilitasiya vasitəsi təqdim edilib. Əzalarını itirmiş 500-dən çox hərbi qulluqçu isə 624 ədəd müasir protezlə təmin olunub. Avqustun 1-nə olan məlumata görə, müharibədən sonrakı sosial dəstək paketi 435 min xidmət vasitəsilə 132 min nəfəri əhatə edib. Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində dövlət tərəfindən maliyyələşdirilən reabilitasiya vasitələrinin çeşidi təxminən dörd dəfə artırılaraq 34-dən 130-a çatdırılıb”,- nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR