Bank Of Baku

İdarə rəisi: Çətin identifikasiya olunan nümunələrin üzərində mürəkkəb genetik ekspertizalar artıq uğurla icra olunur

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Hərbi-Tibb İdarəsinin rəisi, tibb Xidməti general-mayoru, Rüfət Əliyev

© APA | Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Hərbi-Tibb İdarəsinin rəisi, tibb Xidməti general-mayoru, Rüfət Əliyev

# 08 oktyabr 2026 12:08 (UTC +04:00)

Artıq çətin identifikasiya olunan nümunələr üzərində mürəkkəb genetik ekspertizalar uğurla icra olunur.

APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransında keçirilən panel sessiyada Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Baş Hərbi-Tibb İdarəsinin rəisi, tibb Xidməti general-mayoru, Rüfət Əliyev deyib.

O qeyd edib ki, genetik araşdırmalar sahəsində multidissiplinar yanaşma nəzərə alınaraq, qurumun mütəxəssisləri Kipr, Avstraliya, Türkiyə Respublikası, İsveçrə, Rumıniya, Niderland Krallığı eləcə də Bakı şəhərində və respublikanın digər bölgələrində beynəlxalq elmi konfranslarda və seminarlarda fəal iştirak ediblər:

"Mövcud infrastruktur və təcrübəli mütəxəssis heyəti sayəsində Genetik araşdırmalar mərkəzinin potensialını məhkəmə-tibbi ekspertiza fəaliyyətinə və ədalət mühakiməsinin həyata keçirilməsi prosesinə geniş şəkildə inteqrasiya etmək əsas hədəflərimizdən biridir. Bu istiqamətdə, Baş Prokurorluğun və digər hüquq-mühafizə orqanlarının qərarlarına uyğun olaraq, çətin identifikasiya olunan nümunələr üzərində mürəkkəb genetik ekspertizalar artıq uğurla icra olunur. Müasir tibb və biologiya elminin çağırışlarına uyğun olaraq, Genetik araşdırmalar mərkəzi aparıcı universitetlər və tanınmış elmi-tədqiqatinstitutları əməkdaşlıq əlaqələrinin gücləndirilməsini diqqət mərkəzində saxlayır. Əsas strateji hədəfimiz elmi potensialın birləşdirilməsi, müasir çağırışlara çevik reaksiyanın verilməsi və gələcək perspektivlərin düzgün qiymətləndirilməsidir. Hazırda mərkəz tərəfdaş elmi müəssisələrlə birlikdəfundamental və tətbiqi sahələr üzrə genişmiqyaslı elmi tədqiqat layihələrini uğurla davam etdirir. Bu əməkdaşlıq çərçivəsində populyasiya genetikası,epigenetika, farmakogenetika, molekulyar genetika və sitogenetikaistiqamətlərində mühüm araşdırmalar aparılır. HTBİ-ilə tanınmış elm və təhsil müəssisələri arasında imzalanmış anlaşma memorandumları çərçivəsində genetika və epigenetika sahələrində aparılan birgə elmi tədqiqatları buna uğurlu nümunə kimi göstərmək olar. İtkin düşmüş şəxslərin identifikasiyasında subyektlərarası əməkdaşlığın imperativə çevrildiyi bir zamanda HTBİ əldə etdiyi təcrübəni tərəfdaşlarla bölüşməyə və genetik ekspertiza sahəsində peşəkar mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırdır".

Bildirilib ki, fəaliyyətin daha təkmilləşdirilməsi məqsədilə bu istiqamətdə qabaqcıl nailiyyətlər əldə etmiş beynəlxalq elmi müəssisələrin təcrübəsini öyrənməyə və qarşılıqlı bilik mübadiləsinə hər zaman açıq olduğumuzu, bu sahədə sıx əməkdaşlığa xüsusi önəm verilir:

"İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya ilə tərəfdaşlıq çərçivəsində reallaşan və artıq ənənəyə çevirilmiş bu konfrans, qlobal humanitar böhranların fəsadlarına qarşı mübarizədə və ən ağrılı problemlərdən biri olan itkin düşmüş insanların taleyinə aydınlıq gətirilməsində yeni bir mərhələnin əsasını qoyub".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR