Bank Of Baku

İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
# 20 iyul 2026 14:32 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 552 uşağa reabilitasiya xidmətləri göstərilib.

ƏƏSMN-dən APA-ya bildirilib ki, onlardan əlilliyi olan 1 089 uşaq stasionar, 13 240 uşaq ambulator, digərləri isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Qeyd edilib ki, bu kateqoriyadan olan uşaqlar Nazirliyin Bakıda fəaliyyət göstərən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR