2026-cı ildə fizika üzrə Nobel mükafatı laureatları kimdir?
İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2026-ci il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatının laureatları məlum olub.
APA “Nobelprize.org”a istinadən xəbər verir ki, Robert E. Hall və Maykl Vudford sözügedən sahə üzrə 2026-cı ilin laureatı elan edilib.
Onlar bu mükafata niyə layiq görülüb?
Onlar bu mükafata makroiqtisadi sabitləşmənin mikroiqtisadi əsaslarının tədqiqinə görə layiq görülüb.
İqtisadiyyat üzrə Nobel mükafatçıları barədə qısa məlumat
Amerikalı iqtisadçı Robert Ernest Hall 13 avqust 1943-cü ildə anadan olub və Stenford Universitetinin iqtisadiyyat professorudur. O, makroiqtisadiyyat, əmək bazarı, istehlak davranışı və iqtisadi tsikllər üzrə araşdırmaları ilə tanınır. Hall 1978-ci ildən ABŞ-də iqtisadi tənəzzüllərin başlanğıc və bitmə tarixlərini müəyyən edən Milli İqtisadi Tədqiqatlar Bürosunun (NBER) müvafiq komitəsinə rəhbərlik edir. O, 2010-cu ildə Amerika İqtisadiyyat Assosiasiyasının prezidenti olub və istehlak nəzəriyyəsi, eləcə də vahid vergi dərəcəsi modelinin inkişafına mühüm töhfələr verib.
Amerikalı iqtisadçı Maykl Vudford 1955-ci ildə anadan olub və Kolumbiya Universitetinin iqtisadiyyat professorudur. O, makroiqtisadiyyat, pul siyasəti, inflyasiyanın tənzimlənməsi və faiz dərəcələrinin iqtisadiyyata təsiri üzrə tədqiqatları ilə tanınır. Vudford Yeni Keynsçi makroiqtisadi modellərin inkişafına mühüm töhfələr verib və “Faiz və qiymətlər: Pul siyasəti nəzəriyyəsinin əsasları” kitabının müəllifidir. O, 2007-ci ildə “Deutsche Bank” mükafatına, 2024-cü ildə isə iqtisadiyyat üzrə Ervin Pleyn Nemmers mükafatına layiq görülüb.
2025-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatına kimlər layiq görülmüşdü?
Xatırladaq ki, Joel Mokir, Filippe Aghion və Peter Houitt sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.