Bank Of Baku

Kallas: Aİ İranın nüvə proqramına nəzarətdə AEBA-nı tam dəstəkləyir

Kaya Kallas

© APA | Kaya Kallas

# 29 iyun 2025 13:09 (UTC +04:00)

Avropa İttifaqı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın nüvə proqramına nəzarətinə tam dəstək verir.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X” hesabında yazıb.

Kaya Kallas bildirib ki, Avropa İttifaqı AEBA-nın və onun Baş direktoru Rafael Qrossinin İranın nüvə proqramına qərəzsiz şəkildə nəzarəti davam etdirmək vəzifəsini tam şəkildə dəstəkləyir.

“Bu, məsələnin diplomatik həlli üçün əsas olacaq”, – Aİ rəsmisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR