Bank Of Baku

Keçmiş məcburi köçkün: Laçında xidmət göstərmək qürurlu, həm də məsuliyyətlidir

Keçmiş məcburi köçkün: Laçında xidmət göstərmək qürurlu, həm də məsuliyyətlidir
# 30 iyul 2026 14:01 (UTC +04:00)

"Laçında yaşamaq, çalışmaq bizim üçün böyük qürurdur.

APA xəbər verir ki, bunu Laçına köçən rayon sakini Ramin Həsənov bildirib.

O, Laçına qayıtdıqdan sonra məşğulluğun təmin olunması istiqamətində dəstək gördüyünü deyib: “Dövlət Məşğulluq Agentliyinə müraciət etdim və özünüməşğulluq proqramı çərçivəsində seçdiyim fəaliyyət sahəsinə uyğun avadanlıqlarla təmin olundum. Mənə dönər aparatı, soyuducu, toster, masa, stullar və digər zəruri avadanlıqlar verildi. Fəaliyyətə əvvəlcə özüm və bir işçi ilə başladım. Hazırda isə müəssisəmiz genişlənib və burada 9 nəfər çalışır.

R.Həsənov vurğulayıb ki, Laçın sakinlərinə, eləcə də rayona gələn qonaqlara xidmət göstərmək qürurlu, həm də böyük məsuliyyətli işdir: "Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların, dövlət tərəfindən yaradılan şəraitin sayəsində doğma yurda qayıdıb, çalışırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR