Komitə: Yuvenal ədliyyə üçün ixtisaslaşmış məhkəmə, polis və prokurorluğun olması vacibdir

Komitə: Yuvenal ədliyyə üçün ixtisaslaşmış məhkəmə, polis və prokurorluğun olması vacibdir
# 17 aprel 2024 16:19 (UTC +04:00)

Tam yuvenal ədliyyə sisteminin formalaşdırılması üçün ixtisaslaşmış məhkəmə, polis və prokurorluğun olması vacibdir.

APA xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, uşaq hüquqları ilə bağlı konvensiyaya uyğun olaraq komitə dövri hesabatlar təqdim edir: “Bizə müəyyən tövsiyələr gəlir. Çatışmazlıqlar qeyd olunur. Komitə olaraq onların aradan qaldırılması ilə bağlı işlər görürük”.

Qurum rəsmisi əlavə edib ki, bu gün Azərbaycandakı mövcud qanunvericilik uşaqlara qarşı çox humanistdir, sadəcə, təkmilləşdirilməsinə ehtiyac var: “Tam yuvenal ədliyyə sisteminin formalaşdırılması üçün yəni, Azərbaycanda yetkinlik yaşına çatmayanların ədalətli mühakiməsi sisteminin gücləndirilməsi üçün ixtisaslaşmış məhkəmə, polis və prokurorluğun olması vacibdir”.

Onun sözlərinə görə, 2021-ci ildə bu sahədə qanunvericiliyə dəyişiklik olub: “Cinayət prosessual qanunvericiliyinə uşaqların müdafiəsi ilə bağlı normalar daxil edilib. Lakin təkcə məhkəmə, polis və prokurorluq deyil, digər qurumların da bu sistemdə fəal olması çox önəmlidir. Bəzən elə hal olur ki, prokuror cəza məsələsini həll edir. Amma uşağın digər tələbatları nəzərə alınmır. Yuvenal ədliyyə sisteminin də əsas tələblərindən biri də odur ki, uşağın üstün mənafeləri nəzərə alınsın və bu tələbatlarına uyğun ona ixtisaslaşmış yardımlar göstərilsin. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi üçün müəyyən cəhdlər edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR