Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakı Psixologiya Mərkəzində olub.
APA xəbər verir ki, bu haqda o, özünün "Instagram" səhifəsində paylaşım edib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Avropa Azərbaycan Məktəbinin, “TEAS PRESS” Nəşriyyat Evinin və “Libraff” kitab mağazalarının təsisçisi Tale Heydərov Bakı Psixologiya Mərkəzini ziyarət ediblər.
Görüş çərçivəsində qonaqlara mərkəzin fəaliyyət istiqamətləri, komanda üzvləri və həyata keçirilməsi planlaşdırılan layihələr barədə ətraflı məlumat təqdim edilib.
Paylaşımı təqdim edirik: