Bank Of Baku

“Lockheed Martin” raket istehsalı üçün Pentaqondan sifariş alıb

“Lockheed Martin” raket istehsalı üçün Pentaqondan sifariş alıb
# 14 avqust 2025 06:31 (UTC +04:00)

ABŞ-ın müdafiə sənayesi korporasiyası olan “Lockheed Martin” ordunun arsenalı üçün “Hellfire” və JAGM hava-yer raketlərinin istehsalı üçün ümumilikdə təxminən 1,5 milyard dollar dəyərində sifariş alıb.

APA xəbər verir ki, bu haqda Pentaqonun yaydığı bəyanatda deyilir.

"“Lockheed Martin” “Hellfire/JAGM” raketlərinin istehsalı üçün 4 illik 720,1 milyon dollarlıq müqaviləyə dəyişiklik edib. Bu modifikasiya müqavilənin ümumi məcmu dəyərini 1,493 milyard dollara çatdırır", - bəyanatda deyilir.

Müqavilənin 2028-ci il sentyabrın 30-da başa çatması gözlənilir.

Raketlərin Alabama ştatında ABŞ ordusunun arsenalını artırmaq üçün istehsal edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR