London küçələrində Anım günü münasibətilə aksiya keçirilib 

London küçələrində Anım günü münasibətilə aksiya keçirilib 
# 27 sentyabr 2021 20:48 (UTC +04:00)

Bu gün Londonda Anım günü münasibətilə Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, aksiya çərçivəsində “Azərbaycan müharibə istəmir”, “Müharibə yox sülh”, “Ermənistan tərəfindən dağıdılan Azərbaycan mədəni irsi” yazılan elektron lövhənin quraşdırıldığı avtomobil London şəhərinin mərkəzi küçələrində hərəkət edib.

Bir neçə saat ərzində Parlament Binası, Pikadili küçəsi də daxil olmaqla, Londonun mərkəzi küçələrində hərəkət edən avtomobilin üzərində Ermənistanın gerçək üzünü göstərən, mədəni irsimizin dağıdılması ilə bağlı fotolar nümayiş etdirilib, Azərbaycanın sülh tərəfdarı olması vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR