Fransa Ukraynaya yeni müdafiə avadanlıqları və raketlərin tədarükünü sürətləndirəcək, həmçinin onların istehsalı üçün lisenziyalar təqdim etməyə hazırdır.
"RBK-Ukrayna" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığından sonra bildirib.
Zelenski bildirib ki, təxminən iki saat davam edən danışıqlarda əsas diqqət Ukraynanın hava hücumundan müdafiə vasitələrinə və raketlərə olan ehtiyacına yönəlib. Tərəflər həmçinin Ukraynada müdafiə avadanlıqlarının istehsal imkanlarının genişləndirilməsi və hava hücumundan müdafiənin gücləndirilməsi məsələlərini müzakirə ediblər.