Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.
APA-nın məlumatına görə, bu, “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
Qanun layihəsi bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunub və parlamentin plenar iclasına tövsiyə edilib.
Müddətli əmək müqaviləsi üzrə sığorta stajı azaldılır
© APA | Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası
07 dekabr 2021 15:48 (UTC +04:00)
Sosial
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub
21:16
30 aprel 2024
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
17:22
30 aprel 2024
Növbəti köç karvanı Laçın şəhəri və Zabux kəndinə çatıb - FOTO - YENİLƏNİB
16:54
30 aprel 2024
Mayın əvvəllərində 20 ailə Şuşa şəhərinə yola salınacaq
16:09
30 aprel 2024