Bank Of Baku

Nazir Anar Əliyev Zəngilanda vətəndaşları qəbul edəcək

Anar Əliyev

© APA | Anar Əliyev

# 14 iyul 2026 10:05 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iyulun 24-də Zəngilan rayonunda Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 14 - 16 iyul tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR