Bank Of Baku

Nizami rayonunun bir hissəsində müvəqqəti işıq olmayacaq

Nizami rayonunun bir hissəsində müvəqqəti işıq olmayacaq
# 01 iyun 2026 08:35 (UTC +04:00)

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, iyunun 1-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir-təftiş işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR