Bank Of Baku

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb, açarlar təqdim edilib - FOTO

Növbəti köç karvanı Xocalının Şuşakənd kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
# 14 oktyabr 2025 15:30 (UTC +04:00)

Növbəti köç karvanı Xocalı rayonunun Şuşakənd kəndinə çatıb.

APA xəbər verir ki, oktyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 27 ailə, 116 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.

Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə Şuşakənd kəndinə 15 ailə köçürülüb. Beləliklə, indiyədək kənddə ümumilikdə 42 ailə məskunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR