Bank Of Baku

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-1 - VİDEO

Növbəti köç karvanı Xocalının Xanyurdu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-1  - VİDEO
# 08 sentyabr 2025 13:22 (UTC +04:00)

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

APA-nın xəbərinə görə, Xanyurdu kəndinə bu mərhələdə köçürülən 15 ailəyə (46 nəfər) evlərin açarları təqdim olunub.

Prezidentin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, 32 ildən sonra doğma torpaqlarına qayıdan ailələrə yeni evlərinin açarlarını təqdim edib. Bildirib ki, burada sakinlərin rahat yaşayışı üçün müasir infrastruktur yaradılıb. Kənd içməli su, elektrik enerjisi və təbii qazla, rabitə xətti ilə təmin olunub.

Sakinlər isə illərdən sonra doğma yurdlarına qovuşmağın sevincini bölüşüblər.

***

12.58

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.

APA-nın xəbərinə görə, Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülüb.

***

11.55

Növbəti köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə yola salınıb.

APA-nın yerli bürosu xəbər verir, Böyük Qayıdış proqramına uyğun olaraq, Xanyurdu kəndinə bu mərhələdə 15 ailə (46 nəfər) köçürülür.

Köçürülən ailələr bu günə kimi Goranboy, Sumqayıt, Bərdə, Abşeron, Bakı şəhər və rayonlarında əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu köç mərhələsi də nəzərə alınmaqla Xocalı rayonunun Xanyurdu kəndinə isə cəmi 69 ailə (237 nəfər) köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR